ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişinə qadağanın qoyulmasına dair fərmanın icrasını federal səviyyədə dayandıran hakim Ceyms Robartın qərarına etiraz edəcəyini bildirib.
“Report” xəbər verir ki, bu barədə o öz “Twitter” mikrobloqunda yazıb.
“Bu hakim adlandırılan şəxsin mahiyyət etibarı ilə ölkəmizdə qanunun icrasını təmin etməyən qərarı gülməlidir və ona etiraz olunacaq”, - deyə o yazıb.