Federal kansler Angela Merkel Almaniya Federativ Respublikası hökuməti başçısı postuna Xristian-Demokrat İttifaqı Partiyasından (CDU) və Xristian-Sosial İttifaqından (XSU) rəsmi namizəd olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bununla da A.Merkel sağ koalisiyanın AFR kansleri postuna ümumi namizədi olub.
Xristian-Sosial İttifaqının sədri, Bavariyanın baş naziri Xorst Zeexofer və hazırkı kansler fevralın 6-da ortaq seçkiqabağı strategiyanı təqdim edəcəklər.
Almaniya Bundestaqına seçki 2017-ci ilin sentyabrında keçiriləcək. Bundan sonra ölkədə yeni hökumət formalaşacaq və yeni kansler seçiləcək.
Az öncə bildirilmişdi ki, Xristian-Demokrat İttifaqı Partiyasının sədri A.Merkel kansler postu uğrunda seçkidə sağ koalisiyanın ümumi namizədi olacaq.
Səxavət