ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Tsinpinlə telefon danışığı aparıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, danışıq zamanı Tramp Vaşinqtonun vahid Çin siyasətinə hörmət edəcəyini deyib.
Bununla da, Vaşinqtonun yeni administasiyası Pekinin Tayvan üzərində suveren haqqını etiraf edib.
Liderlər həmçinin, biri-birilərinə öz ölkələrinə səfərə dəvət ediblər.
Samir