Amerika prezidenti Donald Tramp mühacirlərlə bağlı yeni qərar hazırlayır.
Teleqraf.com xəbər verir ki, prezident Floridaya gedərkən bu haqda jurnalistlərə açıqlama verib.
O deyib ki, əhali sayı çox olan yeddi ölkə vətəndaşlarına qadağa gətirən və ABŞ-ın köçkün proqramını dayandıran fərmanı üzərində gedən hüquq davasını qazanacağına əmindir.
Çox sayda fərqli planlarının olduğunu deyən prezident jurnalistlərin “Siz yeni bir prezident fərmanına işarə edirsiniz?” sualına “Əlbəttə, ola bilər, təhlükəsizlik səbəbi ilə sürətli hərəkətliliyin olması yaxşı haldır” cavabını verib.
Bazar günü və ya çərşənbə axşamı hərəkətə keçəcəyini bildirən Tramp “Yeni fərmanda nə kimi dəyişikliklər olacaq?” sualına “Yeni təhlükəsizlik tədbirləri” şəklində cavab verib.
ABŞ mətbuatı iddia edir ki, Trampın yeni fərmanı ilə əvvəlki arasında çox kiçik fərqlər olacaq.
Cavad