Moskva artıq Tramp administrasiyası ilə dialoqa başlayıb və administrasiya formalaşdıqdan sonra dialoq daha intensiv olacaq.
APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın NTV telekanalına müsahibəsində bildirib.
S. Lavrov ABŞ dövlət katibi ReksTillerson ilə yaxın vaxtlarda əlaqə qurmağı planlaşdırdığını da açıqlayıb. Rusiya xarici işlər naziri ABŞ dövlət katibi ilə Ukraynadakı vəziyyət, digər beynəlxalq məsələlər və ikitərəfli münasibətlərdəki məsələləri müzakirə etməyi planlaşdırır. Eyni zamanda Rusiya “Normand dörtlüyü” çərçivəsində səyləri aktivləşdirməyə hazırdır. S. Lavrov qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamenti ilə işgüzar əlaqələri dəstəkləyir, ancaq bunun üçün yeni komandada əsas təyinatları gözləyir.