12 Fevral 2017 15:16
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Saloniki şəhərində İkinci dünya müharibəsi dövrünə aid aviabomba zərərsizləşdirilib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, minaaxtaranlar əməliyyatın birinci hissəsini uğurla başa çatdırıb. Belə ki, bombanın partlayıcı mexanizmi götürülüb. İkinci etapda onun daşınması həyata keçirilcək. Hələlik təhlükə qalır.

Qeyd edək ki, bu gün səhər şəhərin 72 min sakini evakuasiya edilib. Bu, sülh dövründə Yunanıstanda ən geniş evakuasiya əməliyyatı kimi yadda qalıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər