Türkiyədə 15 iyun dövlət çevrilişi cəhdilə bağlı 360 cinayət işi açılıb. Teleqraf.com xarici "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Bəkir Bozdağ bildirib.
"Bu günə qədər 15 iyun qiyamı ilə bağlı 360 cinayət işi açılıb. Cinayət işlərinin sayının artacağı gözlənilir. Həbs edilənlər xalqın gözü qarşısında ittiham olunacaq. 15 iyun qiyamının təşəbbüskarı Fətullah Gülənin olduğu müəyyən edilib. Onun ekstradisiyasıla bağlı lazım olan bütün sənədləri ABŞ-ın səlahiyyətli şəxslərinə vermişik. Təəssüf ki, onun ANkaraya gətirilməsi üçün ABŞ real addımlar atmır. Düşünürəm ki, Trampın dövründə ABŞ-Türkiyə münasibətləri fərqli olacaq. Trampın açıqlamalarına diqqət yetirsək, Gülənin akstradisiyası ilə bağlı müəyyən ümidlər yaranır. Amma atılacaq real addımları görmədən bir şey deyə bilmərik. ABŞ-ın Türkiyə əleyhinə cinayət törətmiş şəxsi Ankaraya verməməsi təsəvvür ediləcək şey deyil".
Ayxan