14 Fevral 2017 09:41
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn istefa verib.

Teleqraf.com CNN telekanalına istinadən xəbər verir ki, Flinnin istefasına səbəb kimi onun Rusiya ilə əlaqələri göstərilir.

Flinnin istefa ərizəsi Ağ Evin rəsmi saytında yerləşdirilib. Sabiq-müşavir Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislaykla Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı müzakirələr apardığını etiraf edib və buna görə də Donald Trampdan üzr istəyib.

Ötən həftə "Washington Post" nəşri məlumat verib ki, Flinn rusiyalı səfirlə 2016-cı ilin dekabrında Vaşinqtonda Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə edib.

Bu vəzifəyə istefada olan general-leytenant Kit Kelloqq təyin edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər