14 Fevral 2017 14:27
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna silahlı qüvvələrində islahatlar və ordunun alyansın standartlarına uyğunlaşdırılmasından sonra NATO-ya üzv ola bilər".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın alyansdakı nümayəndəsi Aleksandr Vinnikov deyib:

"Biz Ukrayna prezidentinin referendumla bağlı fikrini bilirik. Bu təzə deyil. İki il əvvəl də eyni mövqeni bildirmişdi. Referendum keçirildikdən sonra üzvlük məsələsini müzakirə etmək olar".

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko NATO-ya üzvlüklə bağlı ölkədə referendum keçiriləcəyini bildirmişdi. Onun sözlərinə görə, 4 il əvvəl NATO-ya üzvlüyü 16 faiz seçici dəstəkləyirdisə, indi bu rəqəm 54 faizdir.

Samir


Müəllif:

Oxşar xəbərlər