26 Fevral 2017 16:40
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın 154 deputatı prezident Fransua Ollanddan Fələstin dövlətini tanımağı tələb edib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, duputatlar bununla bağlı Ollanda məktub ünvanlayıblar.

Onlar Ollandan yaranmış tarixi şansı dəyərləndirməyi və Fələstin dövlətini tanınmasını tələb ediblər: "Fransa bu münaqişə ilə bağlı dalandan çıxmaq arzusunu bəyan etməlidir. Fələstin xalqının öz müqəddəratını təyin etmək, öz dövlətini qurmaq hüququnun olduğu bəyan edilməlidir. Bu, beynəlxalq hüquqa hörmət, eləcə də İsrailin təhlükəsizliyinə aid bir məsələdir" - deputatların məktubunda deyilir.

Məktubu imzalayan 154 deputat arasında bütün siyasi partiyaların nümayəndələri var.

Nihad


Müəllif:

Oxşar xəbərlər