İranın müdafiə naziri Hüseyn Dehqan jurnalistlərə açıqlamasında ölkənin cənubunda keçirilən hərbi təlimlərdə yeni "Kruz" raketinin sınaqdan keçirildiyini bildirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sınaq ölkənin cənub sularında keçirilən “Vilayət 95” adlı hərbi təlimlərdə baş tutub.
Nazirin sözlərinə görə, İran ordusunun dəniz qüvvələrinin keçirdiyi böyük hərbi təlimlərdə bu raket uğurla sınaqdan keçirilib və əvvəlcədən nəzərdə tutulmuş hədəfi məhv edib.
Dehqan bildirib ki, ordunun dəniz qüvvələrinin sınaqdan keçirdiyi yeni "Kruz raketi" İranın Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən istehsal edilib. O, məsələnin təfərrüatını açıqlamayıb.
Samir