Martın 4-də Solomon adalarında 5,9 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 2:58 dəqiqədə Buqenvil adası yaxınlığında qeydə alınıb.
Zəlzələnin ocağı 53,7 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Solomon adaları və ya Süleyman adaları - Sakit okeanda arxipelaq və dövlətdir. Papua Yeni Qvineyadan şərqdə yerləşir. Melaneziyanın tərkib hissəsidir.