4 Mart 2017 18:31
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Farah bölgəsində xəstəxana bombalanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisədə 10 dinc sakin həlak olub, 20 nəfər yaralanıb.

Bölgə qubernatoru Məhəmməd Yunus Rəsulinin sözlərinə görə, bombardman iki vertolyot vasitəsilə həyata keçirilib: "Biz vertolyotları gördük və xəstəxanadakıların çölə çıxmasını tələb etdik. Bununla biz dinc sakinlər olduğumuzu sübut etmək istəyirdik. Ancaq onlar atəş açdılar. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır".

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər