İngiltərə Xarici İşlər naziri Boris Conson Hollandiya və Türkiyə arasındakı qalmaqala münasibət bildirib.
Axar.az xəbər verir ki, Conson məsələ ilə bağlı jurnalist Robert Prestonun suallarını cavablandırıb.
“Olay məni son dərəcə üzdü. Hər iki ölkə NATO üzvü və bizim böyük dostlarımızdır. Həmkarım Mövlud Çavuşoğlu indi mənə zəng vurdu. Dedim ki, mənimlə nahar etmək istəyərsə, onun bura gəlməsinə heç nə mane ola bilməz. Biz bu qalmaqalın iki ölkə arasında tez bir zamanda həll olunmasına ümid edirik”, - Boris Conson deyib.