13 Mart 2017 10:03
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın qalmaqallı mövqeyinə beynəlxalq ictimaiyyət də sərt reaksiyasını göstərib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İraq dövlət başçısının sabiq müavini Tarık əl-Haşimi özünün “Twitter” hesabında Hollandiyanın mövqeyinin totalitar rejimlərin rəftarı olduğunu bildirib. O deyib ki, Türkiyə hökumətinin əsas qanundakı dəyişiklikləri xalqa izah etmək məqsədi ilə göstərdiyi fəaliyyətlər demokratikdir.

İraqlı ekspert və analitik İyad Əd-Dıleşmi isə Hollandiyanın mövqeyi ilə Qərbin demokratiya və xalqın iradəsinə hörmət iddialarının saxtalığının ortaya çıxdığını qeyd edib.

Misirdə İnqilabın Gələcəyi Partiyasının lideri və prezidentliyə sabiq namizədi Eymen Nur da Hollandiya kimi demokratiya və azadlıqlara dəstək verdiyi iddiasını irəli sürən bir ölkənin bu cür rəftar ortaya qoymasını təəssüflə qarşıladıqlarını söyləyib.

Movritaniyadakı 14 partiyanın birgə yaratdığı Milli Demokratik və Birlik Forumunun rəhbərlərindən Ec Veled Eddi verdiyi açıqlamada Hollandiyanın bu rəftarını Türkiyənin inkişafına mane olmaq üçün edilən qəribə bir əngəl olaraq dəyərləndirib.

Bəhreynli sabiq millət vəkillərindən Xalid Əbu Ammar isə bildirib ki, bu rəftarlar Türkiyəni İslam əleyhinə olan Avropa ilə qarşı-qarşıya qoymaq məqsədi ilə həyata keçirilir.

Sudan Alimlər Heyətinin sədri Məhəmməd Osman Saleh bildirib ki, Türkiyədə demokratiyanın gücləndirilməsi üçün göstərilən cəhdlər Avropada demokratiya deyə hayqıranların xoşana gəlməyib.

Sudan Xalq Konqresi Partiyasının siyasi katibi Kamal Ömər də Avropa İttifaqı ilə BMT-ni Hollandiyanın düşməncəsinə ortaya qoyduğu bu rəftarına qarşı qətiyyətli mövqe göstərməyə dəvət edib.

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Niderlandı ziyarət edə bilməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər