İŞİD terrorçuları İraqın daha bir bölgəsini ələ keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular Mosul şəhərində Baduş bölgəsini mərkəzi ordu qüvvələrindən geri alıb.
Məlumata görə, Baduş bölgənin strateji əhəmiyyət daşıyan ərazilərindən biridir.
Qeyd edək ki, İraq ordusu 2 gün öncə ABŞ koalisiyasının dəstəyi ilə Baduşu terrorçulardan azad etmişdi.