19 Mart 2017 17:39
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın informasiya təhlükəsizliyi üzrə federal agentliyi 2017-ci ilin sentyabrında keçiriləcək parlament seçkiləri dövründə gözlənilən mümkün kiberhücumlara hazırlıq dərəcəsini yuxarı qaldırıb. Teleqraf.com-un məlumatına görə, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

“Biz hökumət şəbəkəsinə hər gün hücumlar olduğunu qeydə alırıq”, deyə Almaniyanın informasiya təhlükəsizliyi üzrə federal agentliyinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, agentlik seçkilərin keçirilməsi ilə əlaqəli şəxslər, siyasi partiyalar, digər maraqlı insanlar və təşkilatlarla daimi əlaqədədir. Onlarla kiberhücumlardan qorunmaq yollarını müzakirə edirlər.

Qəzetdə hökumət saytlarına hücumların xarakteri açıqlanmır, ancaq qeyd olunur ki, kibertəhlükəsizliyin səviyyəsinin qaldırılması istiqamətində görülən tədbirlər ABŞ-dakı son prezident seçkisinə rus hakerlərin müdaxilə etməsinə dair xəbərlərdən sonraya təsadüf edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər