Cənubi Sudanda qəzaya uğrayan təyyarədə olanların hamısı sağ qalıb.
Ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, hava gəmisinin yanan hissəsi söndürülüb.
Qəza nəticəsində 14 nəfər xəsarət alıb. Təyyarənin “South Supreme Airlines” aviaşirkətinə məxsus olduğu bildirilir. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.