Bu gün İraqın paytaxtı Bağdada mitinq keçiriləcək.
Teleqraf.com xəbər verir ki, etiraz aksiyasında bir milyon insanın iştirakı gözlənilir.
Şimali İraq Kürd Muxtariyyətinə yaxın “Rudaw” saytı xəbər verir ki, aksiyada islahat çağırışları ediləcək. Müqtəda əs-Sədr hərəkatı tərəfindən adının “İslahat Meydanı” qoyulduğu Təhrir Meydanında təşkil olunan nümayişdə hərəkatın lideri Müqtəda əs-Sədrin də iştirak edəcəyi, geniş nitq söyləyəcəyi bildirilir.
Xəbərdə qeyd edilir ki, Bağdadda sıxlıq artıq səhər saatlarından başlayıb. İki ilə yaxındır ki, Sədr Hərəkatı islahat çağırışı ilə mitinqlər təşkil edir və onların tələblərinə hər həftə yeniləri əlavə olunur.
Cavad