25 Mart 2017 11:56
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Respublikaçılar və Demokrat partiyalarından olan 14 senator İranın qeyri-nüvə sahələrinə qarşı sanksiyaların gücləndirilməsinə dair birgə layihə hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Layihənin təşəbbüskarları sayılan demokrat senator Robert Menendez və Senatın xarici əlaqələr komitəsinin respublikaçı senatoru Bob Korker jurnalistlərə bildiriblər ki, tətbiq ediləcək sanksiyalar İranla nüvə sazişinin pozulması anlamında deyil. Qeyd olunur ki, layihənin qəbul ediləcəyi təqdirdə apardığı ballistik raket proqramına, insan haqlarını pozduğuna, eləcə də beynəlxalq terrorçuluğa verdiyi dəstəyə görə İrana qarşı sanksiyalar gücləndiriləcək.


Layihəyə əsasən, Amerika prezidenti 90 gün ərzində apardığı terrorçu fəaliyyətinə görə, “Sepah”a, İran rəsmilərinə və onların xarici ölkələrdəki nümayəndələrinə sanksiya tətbiq etməli, BMT-nin İranla silah alış-verişinə qoyduğu qadağını pozan hər bir şəxsin və qurumun xaricdəki varidatına həbs qoymalıdır.

Samir


Müəllif:

Oxşar xəbərlər