27 Mart 2017 09:51
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran hökuməti Vaşinqtonun İrana qarşı tətbiq etdiyi son sansiyalarına cavab olaraq, İsrail rejimi ilə əməkdaşlıq etdiyinə görə Amerikanın 15 şirkətinə sanksiya qoyub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı məlumat İran Xarici İşlər Nazirliyinin bəyanatında verilib.

İranın Amerika şirkətlərinə sanksiya tətbiq etməsi ABŞ Dövlət Departamentinin İranın və Şimali Koreyanın hərbi və raket proqramı ilə əməkdaşlıq edən 30 fiziki və hüquqi xarici şəxsə sanksiya qoyduğunu bildirməsindən iki gün sonraya təsadüf edib.

Bəyanatda bildirilib ki, Amerikanın İrana qarşı tətbiq etdiyi yeni sanksiyaları beynəlxalq hüquq normalarına və Vyanada əldə edilən nüvə sazişinin şərtlərinə zidd addımdır: “İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarına əsasən, beynəlxalq insan haqlarını pozduqlarına və sionist rejimi ilə əməkdaşlıq etdiklərinə görə Amerikanın 15 şirkətinə sanksiya qoyulur. Beləliklə də, barəsində sanksiya qoyulan Amerika şirkətləri ilə hər hansı bir əməkdaşlıq qadağandır. Həmçinin həmin şirkətlərin rəsmilərinə və onların nümayəndələrinə İrana hər hansı səfər üçün viza verilməsinə qadağa qoyulur”.

Samir


Müəllif:

Oxşar xəbərlər