Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu martın 29-da Rusiyaya rəsmi səfərə yol düşəcək.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyənin "Milliyət" qəzeti məlumat yayıb.
Səfər çərçivəsində Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, regional və beynəlxalq problemlər, eləcə də terrorçuluqla mübarizə məsələləri müzakirə ediləcək.
Samir