“Rusiyada etiraz aksiyası keçirmək üçün edilən müraciətlə əlaqədar bələdiyyə orqanlarının qərarı onların səlahiyyətləri çərçivəsində qəbul edilib”.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında ölkədəki etiraz aksiyalarına münasibət bildirərkən deyib.
Nazir etiraz aksiyası zamanı həbslərə də reaksiya verib: “ABŞ və Avropa ölkələrində qanun pozuntusu baş verərkən, o cümlədən etiraz aksiyası zamanı nümayişçilərin icazə verilməyən yerdə yığışması zamanı polisin onlarla necə rəftar etdiyini yaxşı xatırlayıram. Bu zaman dəyənəklərdən də, gözyaşardıcı qazdan da istifadə olunur. Bizim jurnalistlərimiz, o cümlədən ötən ilin payızında “Russian Today” kanalının çəkiliş qrupu ABŞ-da etiraz aksiyasını işıqlandırmaq istəyərkən bu halla üzləşiblər”.