ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi yenidən ən aşağı həddə düşüb.
Bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində qeyd olunur.
Martın 21-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 36%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 57%-i isə mənfi qiymətləndirib. Əvvəlki sorğuda respondentlərin 37%-i D.Trampın fəaliyyətini dəstəkləmişdi.
Qeyd olunur ki, ABŞ-ın sabiq prezidentləri Barak Obama və Bill Klintonun reytinqləri müvafiq olaraq 38 və 37%-dən aşağı düşməyib. Yalnız kiçik Corc Buşun reytinqi bir dəfə 25%-dək enib.
Qeyd edək ki, "Gallup"-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.
/APA/