İraq Türkmən Cəbhəsinin lideri İrşad Salehi türkmənləri kürd partiyaları və onların ərazi iddiasına qarşı silahlı mübarizəyə səsləyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kərkük türkmənləri arasında böyük nüfuza malik olan İrşad Salehi öz Twitter hesabında “çıxış yolu yalnız silahdadır” deyə vurğulayıb.
Xatırladaq ki, bölgədə gərginlik İraqdakı Kərkük Vilayət Məclisinin şəhərdəki rəsmi qurum və quruluşlarda İraq bayrağı ilə yanaşı, İraq Kürd Muxtariyyətinin bayrağının da asılmasını nəzərdə tutan qərarı təsdiqlədikdən sonra başlayıb.
Samir