31 Mart 2017 21:28
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş Qərargahı 2016-cı ilin 24 avqustundan etibarən Suriyada həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatlarının hazırki fazasının başa çatdığını elan edib.

Teleqraf.com bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, əməliyyat çərçivəsində son iki ayda Suriyanın Əl-Bab şəhəri və ətraf regionlar İŞİD-dən təmizlənib. Ümumilikdə 2015 kvadrat kilometr ərazinin terrorçulardan azad edildiyi bildirilir.

Türkiyənin müdafiə naziri bildirib ki, əgər yeni təhlükələr yaranarsa əməliyyatlar davam etdirilə bilər.

"Fərat Qalxanı" əməliyyatlarında Türkiyə 70-dən artıq hərbçisini itirib.


Müəllif:

Oxşar xəbərlər