1 Aprel 2017 12:18
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev administrasiya əməkdaşlarının maliyyə vəziyyəti ilə bağlı məlumatları açıqlayıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Məlumata əsasən, ABŞ prezidentinin qızı, eyni zamanda müşaviri olan İvanka Tramp və onun həyat yoldaşı Cerad Kuşnerin gəlirinin həcmi 740 milyon dollardan yuxarıdır.

Cerad Kuşner administrasiyada vəzifə tutduqdan sonra 200-də çox müəssisədə vəzifəsini tərk etməyinə baxmayaraq, o, ailəsinə bağlı olan daşınmaz əmlak tikintisindən əvvəlki kimi gəlir əldə etməkdə davam edir.
Bu günlərdə rəsmən prezidentin müşaviri vəzifəsinə təsdiqlənən İvanka Tramp isə öz kompaniyalarından imtina etsə də, əvvəlkitək Vaşinqtonun mərkəzindəki “Trump International Hotel”dən pay alır.

Nəşrin məlumatına görə, Konqresin etika komitəsi administrasiyanın 180 yüksək çinli əməkdaşın maliyyə vəziyyətinə dair təqdim etdiyi məlumatları maraqların toqquşmasının yolverilməzliyi kontekstində araşdıracaq.
ABŞ administrasiyasndan bildiriblər ki, bu məlumatlar onların Ağ Evdə işə başlamasından sonrakı dövrə aiddir.

Bir müddət öncə “Blomberq” agentliyi Tramp administrasiyasının bütün üzvlərinin ümumi gəlirinin 12 milyard dollar həcmində olduğunu açıqlamışdı. Agentlik qeyd etmişdi ki, Trampın komandası ABŞ tarixinin ən varlı hökumətidir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər