4 Aprel 2017 09:49
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərinin metrosunda partlayışı terrorçu-kamikadze törədib.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiya təhlükəsizlik xidmətinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, terrorçunun şəxsiyyəti artıq müəyyənləşib: "Partlayıcı qurğu ya terrorçunun üzərinə bağlı olub, ya da ki onun çantasında olub. Onun şəxsiyyəti müəyyələşib. Terrorçu Orta Asiya mənşəlidir və Suriyada döyüşən silahlılarla əlaqəsi olub. Vaqonda 200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma bomba partlayıb. Hadisədən sonra "Ploşşad Vosstaniya" stansiyasında daha bir partlayıcı zərərsizləşdirilib. Araşdırmalar zamanı bu partlayıcının "Texnoloji institut" və "Sennaya ploşşad" stansiyalarında işə salınan qurğu ilə eyni olduğu aşkarlanıb".

Qeyd edək ki, hadisə zamanı 11 nəfər həlak olub, 50 nəfər yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər