4 Aprel 2017 11:40
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyev həbs olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, 140 milyon rubl (4.3 milyon AZN) məbləğində rüşvət almaqda ittiham olunur.

Bununla bağlı Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib. Onun sözlərinə görə, Solovyev iki cinayətin törədilməsində ittiham olunur: "2014-2016-cı illərdə Solovyev Kambarki şəhərində Kama və Buy çayları üzərindəki körpünü inşa edən şirkətdən 139 milyon rubl rüşvət alıb. Bundan başqa, məmura guya kommersiya payı kimi 2,7 milyon rubl verilib. Müstəntiqlər hesab edirlər ki, bu pulla məmur regional və federal büdcəyə növbədənkənar ödəmələr etməli, eləcə də geoloji araşdırmalar, qum kəşfiyyatı və hasilatının öyrənilməsi üçün lisenziyanın ayrılmasını təmin etməli idi".

Petrenko bildirib ki, Udmurtiya rəhbəri hazırda Moskvada saxlanılır və yaxın vaxtlarda istintaq ona qarşı irəli sürülən ittihamları açıqlayacaq.

Bu arada, Solovyevin həbsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin də məlumatlandırılıb. Bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib.

Qeyd edək ki, 1950-cı il təvəllüdlü Solovyev 2007-2013-cü illərdə Udmurtiya dövlət şurasının sədri olub. 2014-cü ildə respublikanın başçısı təyin edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər