Moskvanın qərbində qatarların toqquşması nəticəsində 12 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Moskvanın Səhiyyə Departamentindən bildirilib.
“12 nəfər xəstəxanaya yerləşdirilib, onların arasında bir uşaq da var. Xəsarət alanlardan birinin vəziyyətinin ağırdır”, - deyə Departamentdən bildirilib.
Rusiya FHN-nin məlumatına görə, qatarların toqquşması nəticəsində dörd vaqon relsdən çıxıb.