Ötən həftə İdlibdə dinc sakinlərə qarşı kimyəvi silahın istifadə olunduğu bombardmanda iştirak edən pilot öldürülüb.
Teleqraf.com "Star" qəzetinə istinadla xəbər verir ki, pilot avtomobilinə yerləşidirilən bombanın partlaması nəticəsində həlak olub.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, hücum zamanı 100 nəfər həlak olub, 500 nəfər yaralanıb. Əməliyyatdan sonra pilot "Şərəf" medalı ilə təltif olunmuşdu.
Samir