İsveçin paytaxtı Stokholmda idarə etdiyi yük avtomobilini küçədəki insanların üzərinə sürən terrorçunun ifadəsi yayımlanıb.
Teleqraf.com xəbər verir ki, ifadənin mətni "Aftonbladet" qəzetində yerləşdirilib. 39 yaşlı Özbəkistan vətəndaşı dindirilmə zamanı "inancsızların üzərinə sürdüm" ifadəsini işlədib.
O bildirib ki, hücum əmrini İŞİD terror təşkilatının Suriya qolundan alıb: "Məqsədim Suriyanın bombalanmasına etiraz etmək olub".
Yük avtomobilində axtarış zamanı çox sayda partlayıcı və tez alışan maddələr aşkar edilib.
Qeyd edək ki, cümə günü baş verən olay zamanı 4 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Samir