13 Aprel 2017 20:53
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İdlibə kimyəvi hücum iddiaları yalandır, bu iddialar “Şayrat” hava bazasına hücum etməyə əsas yaratmaq üçün ortalığa atılıb".

Teleqraf.com xəbər verir ki, bunu AFP-yə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.

İdlibdən yayılan videolara münasibət bildirən Əsəd deyib ki, bu hadisənin həqiqətən yaşanıb-yaşanmadığı hələ qəti deyil: “Bir videonu necə təsdiqləmək olar? O uşaqların Xan Şeyhunda öldüyünü və yaxud ümumiyyətlə ölüb-ölmədiyini bilmirik. Xan Şeyhunun nə elə bir strateji əhəmiyyəti var, nə də bir cəbhə rolunu oynayır. Bu hekayə heç də inandırıcı gəlmir ”.

Bəşər Əsəd daha sonra əlavə edib ki, “Heç bir hücum əmri verməmişik. Silah anbarımızı bir neçə il əvvəl təhvil vermişik. Kimyəvi silahımız olsa da istifadə etmərik. Tariximiz boyunca sahib olduğumuz kimyəvi silahlardan istifadə etməmişik. İdlibdə yalnız bitərəf, müstəqil ölkələrin araşdırma aparmasına icazə verə bilərik. ABŞ Suriyada siyasi həllə nail olmaq istəmir. O, yalnız terrorçulara çətir olsun deyə vaxt udur.”

Bəşər Əsəd ABŞ-ın hava bazasına hücumunun onların gücünü azaltmadığını da əlavə edib: “ABŞ yalnız Suriyaya deyil, hər an, hər yerə hücum edə bilər” .


Müəllif:

Oxşar xəbərlər