Türkiyə hökuməti ölkə ərazisində fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə parlamenti qərar qəbul edib.
Beləliklə, parlamentin qəbul etdiyi bu qərarla ölkə ərazisində fövqəladə vəziyyət rejimi iyulun 19-dək davam edəcək.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.