20 Aprel 2017 01:28
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Analizlərin nəticələri ölənlərin kimyəvi maddədən zəhərləndiklərini göstərib

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə ilə bağlı məsələyə aydınlıq gətirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qurum İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı bəyanatında bildirilir ki, üç nəfərin üzərində aparılan analizlərin nəticələri ölənlərin zarin və yaxud ona bənzər kimyəvi maddədən zəhərləndiklərini göstərib. Eyni nəticə xəstəxanada müalicə alan 7 nəfərdə də qeydə alınıb.

Qeyd edək ki, Suriyanın Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox insan ölüb, 500-dən çoxu xəsarət alıb. Suriya ordusunun komandanlığı və silahlı müxalifət qüvvələri bir-birini kimyəvi silahdan istifadə etməkdə ittiham edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər