20 Aprel 2017 12:02
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astanada nəticəsiz başa çatan və mayda yenidən keçirilməsi planlaşdırılan Suriya danışıqları öncəsi Türkiyə, İran və Rusiya diplomatları Tehranda bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin bu gün verdiyi açıqlamada qeyd olunur ki, mayın 2-də Astanada masaya qoyulacaq mövzular Tehranda üç ölkənin iştirakı ilə keçirilən görüşdə müzakirə olunub.

İranlı diplomat qeyd edib ki, görüşdə əsasən, Suriyada atəşkəs məsələsi masaya qoyulub. Bundan başqa, Suriya rəhbərliyi ilə müxalif qüvvələr arasında əsirlərin mübadiləsi mövzusu da müzakirə edilib.

Görüşdə mayın 2-də Astanda keçiriləcək növbəti Suriya müzakirələrində BMT təmsilçisinin iştirakının vacibliyi də vurğulanıb.

Qeyd edək ki, Tehranda üç ölkənin hansı ranqlı diplomatlarının bir araya gəldiyi açıqlanmayıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər