Axar.az xəbər verir ki, bunu Ermənistan polisinin səlahiyyətli nümayəndəsi Edqar Canoyan deyib.
“C.A. adlı şübhəli şəxs polis qüvvələrinin keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində yaxalanıb”, - Canoyan qeyd edib.
Bundan əlavə, saxlanılan şəxsin psixi problemlərinin olduğu bildirilir.
Qeyd edək ki, nədənsə, “psixi problemli” gəncin adı açıqlanmır, dövlət sirri kimi saxlanılır. Erməni siyasətçilər bunu “məişət zəminində” qələmə vermək üçün dəridən-qabıqdan çıxsalar da, analitiklər bu qətlin Ermənistanda rus hərbçilərinə qarşı antipatiyadan və aqressiyadan yarandığı qənaətindədirlər.
Bu gün Gümrü şəhərində rus hərbçi Dmitri Yalpayevin üzərində zorakılıq əlamətləri olan cəsədi tapılmışdı. Bu, son bir ayda Ermənistanda rus əsgərinin qətlə yetirilməsi ilə bağlı yeganə fakt deyil.