Buna səbəb “Taliban” radikal hərəkatının silahlılarının hərbi bazaya hücumu olub.
Müdafiə naziri vəzifəsinə müvəqqəti olaraq daxili işlər nazirinin müavini Tarik Şah Bəhrami, Baş Qərargah rəisi vəzifəsinə isə general Şərif Yaftal təyin edilib.
Qeyd edək ki, Əfqanıstanın Məzəri-Şərif şəhəri yaxınlğında “Taliban” hərəkatının silahlıları hərbi bazaya hücum edib. Ekstremistlər hərbçilərin məscidə namaz qıldqıları zaman hücum edib. Ölkənin müdafiə nazirliyi baş verən hücum zamanı ölən və yaralananların sayının 100-dən çox olduğunu bildirib. Müxtəlif mənbələr hadisə nəticəsində 150 nəfərin öldüyü barədə məlumat yayıb. (azvision.az)