27 Aprel 2017 16:29
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, dünən Türkiyə polisi FETÖ əməliyyatları çərçivəsində minlərlə insanı göz altına alıb.

Teleqraf.com sozcu.com-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində çoxlu sayda polis əməkdaşları da saxlanılıb.

Xəbərə görə, əməliyyatlar Türkiyə prezidentinin Təhlükəsizlik Xidmətini də sirayət edib.

Belə ki, polis orqanlarında aparılan əməliyyat çərçivəsində saxlanılan şəxslər arasında prezidentin təhlükəsizliyini qoruyan şəxslər də var. Prezidentin təhlükəsizlik idarəsindən 2 bölmə rəhbəri, 1 mühafizə komandiri, 6 jandarma komandiri və komandir müavinləri olmaqla ümumilikdə 19 polis həbs edilib.

Həbslərin prezidentin təhlükəsizlik xidmətinə sirayət etməsi isə siyasi dəhlizlərdə “Ağ Sarayda FETÖ əməliyyatı” kimi qiymətləndirilib.

Ümumilikdə əməliyyat zamanı 9 103 nəfər saxlanılıb.

Qeyd edək ki, polis orqanı nəzdində təhlükəsizlik xidməti əsasən, prezident və onun ailə üzvlərinin təhlükəsizliyini təmin etməklə məşğul olur. Bu qurumun əməkdaşları həmçinin prezidentin iqamətgahı, habelə prezidentin olduğu istənilən ərazi ətrafında təhlükəsizlik tədbirlərinə cəlb olunurlar.

Cavad


Müəllif:

Oxşar xəbərlər