Teleqraf.com xəbər verir ki, Çex Respublikasında bir müddətdir ki, müşahidə olunan hökumət böhranı baş nazir Bohuslav Sobotkanın postunu tərk etməsi ilə nəticələnib. Onun istefasından 6 ay sonra ölkədə yeni seçkilər keçiriləcək.
Qeyd edək ki, baş nazirin istefasına digər səbəb Maliyyə naziri Andrey Babişinin keçmişdə vergi ödəməkdən yayınması və bunu gizlətməsi olub.
Baş nazir qeyd edib ki, bu həftə ölkə prezidentinə hökumətin istefasına dair rəsmi sənədi təqdim edəcək.
Mütəxəssislər isə hesab edirlər ki, ölkənin ən zəngin ikinci iş adamı olan Andrey Babşin 6 ay sonra keçiriləcək seçkilərdə favorit namizəd olacaq.
Cavad