5 May 2017 11:27
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzairdə parlament seçkilər keçirilir. İqtisadi böhran səbəbindən xalq səsverməyə getmək istəmir. Əlcəzairin Baş naziri Əbdülmalik Şellale isə vəziyyətdən çıxmaq üçün gözlənilməz çağırış edib.

Teleqraf.com xəbər verir ki, Baş nazir qadınlara çağırış edərək, həyat yoldaşlarını seçki məntəqələrinə aparmağa, getməyənləri isə dəyənəklə döyməyə çağırıb.

Ölkənin şərqindəki Setif şəhərində qadınlara xitab edən baş nazir onlardan seçki günü ərlərini tezdən yuxudan oyatmağı, onlara çay verməməyi və səsverməyə getmələrini tələb etməyi istəyib.

Baş nazir xanımlardan ərləri səsverməyə getməsə, onları çubuqla döyməyi xahiş edib. O, ölkənin sabitliyi üçün seçkilərdə seçici fəallığının yüksək olmasının vacib olduğunu bildirib.

Cavad


Müəllif:

Oxşar xəbərlər