5 May 2017 17:09
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumuna hazırlıqlarını davam etdirir. Muxtariyyətin lideri Məsud Bərzaninin ən yaxın adamı Məhəmməd Hacı bəyan edib ki, referendumun avqustda keçirilməsi planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, Məhəmməd Hacı İraqda ingilis dilində fəaliyyət göstərən “Bas News”ə muxtariyyətin Mərkəzi Seçki Komitəsinə referendumun təşkil edilməsi üçün çağırış etməyə hazırlaşdıqlarını bildirib.

Onun sözlərinə görə, Məsud Bərzani kürd siyasi partiyalarını müstəqillik səylərinə liderlik edəcək ortaq komissiyaya daxil etmək üçün namizədlərini müəyyən etməyə çağırıb.

Məhəmməd Hacı kürd bölgəsinin seçki komissiyalarına seçki üçün hazırlıqları həyata keçirmək tapşırıqlarını verəcəklərini bildirib.

Xatırladaq ki, mayın 2-də Məsud Bərzani Fransanın “Fiqaro” qəzetinə müsahibəsində bəyan etmişdi ki, kürdlərin müstəqilliyinin elan edilməsinin zamanı çatıb.

Kürdüstan Vətənpərvərlər Birliyinin üzvü Mala Bəxtiyar isə bütün kürd siyasi partiyalarının referendum keçirilməsi məsələsində qərarlı olduğunu ifadə edərək, müstəqilliyə dair səsvermənin avqust və ya sentyabrda təşkil ediləcəyini söyləyib.

Cavad


Müəllif:

Oxşar xəbərlər