6 May 2017 18:10
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyanın Vellinqton şəhəri “Döyç Bank” analitiklərinin versiyasına görə, dünyanın ən yaşamalı şəhəridir.

Teleqraf.com xəbər verir ki, ekspertlər müxtəlif ölkələrin şəhərlərini yaşayış minimumu, havanın çirklənmə səviyyəsi, iqlim, daşınmaz əmlakın qiyməti, cinayətkarlığın və səhiyyənin vəziyyəti üzrə qiymətləndiriblər.

İkinci yerdə Şotlandiyanın paytaxtı Edinburq dayanır. İlk üçlüyü Avstriyanın paytaxtı Vyana tamamlayır. Dördüncü yerdə Avstraliyanın Melburn, beşinci yerdə İsveçrənin Sürix şəhəri dayanır.

İlk onluğa Kopenhagen, Ottava, Boston və Amsterdam şəhərləri də daxildir. Onluğun sonuncu şəhəri Sidney olub.

Mart ayında isə “Mercer” beynəlxalq konsaltinq şirkəti dünyanın yaşayış üçün ən pis şəhərinin Bağdad, ən yaxşı şəhərinin Vyana olduğunu açıqlamışdı.

Səxavət


Müəllif:

Oxşar xəbərlər