6 May 2017 18:53
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ədalət naziri Bəkir Bozdağ mayın 8-də Amerikaya səfər edəcək.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Bəkir Bozdağ Vaşinqtona ABŞ-ın Ədliyyə naziri Ceff Sessionsun dəvəti ilə gedir.

İki ölkənin ədalət nazirləri hazırda Pensilvaniyada yaşayan və 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd edən Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsi məsələsini müzakirə edəcək.

Xatırladaq ki, hazırda Türkiyənin Baş qərargah rəisi, ordu generalı Hulusi Akar, Prezident Ərdoğanın köməkçisi İbrahim Kalin və MİT rəhbəri Hakan Fidan Vaşinqtonda səfərdədir.

Cavad


Müəllif:

Oxşar xəbərlər