10 May 2017 11:05
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Cənubi Koreya arasında qarşıdurmanın ən yüksək həddə olduğu bir ərəfədə dünyaca məşhur Anonimus haker qrupu yaydığı video vasitəsilə bütün insanlara III Dünya müharibəsinə hazır olmağı tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Nyu York Post” qəzetində yer alan xəbərə görə, 6 dəqiqəlik videogörüntüdə “Koreya yarımadasında bir müharibənin şərtləri su üzünə çıxmaqdadır” ifadəsi işlədilib.

Fərqli ölkələrə aid rəsmi internet resurslarına hücumlar təşkil edən Anonimus haker qrupuna görə ABŞ Prezidenti Donald Trampın qitələrarası ballistik “Minuteman 3” raketini ötən həftə sınaqdan keçirməsi, habelə Yaponiya rəsmilərinin vətəndaşlarını nüvə hücumuna hazır olmaları haqda xəbərdar etməsi ABŞ-la Şimali Koreya arasında böyük bir hərbi qarşıdurma olacağına işarədir.

Haker qrupuna görə, bu ehtimalı gücləndirən digər bir element isə Çinin Şimali Koreyada olan vətəndaşlarının ölkəyə dönməsinə aid çağırışıdır.

Videoçarxda qeyd olunur ki, bu hərbi qarşıdurma nəticəsində gerçək bir müharibə olacaq, üç super güc qarşı-qarşıya gələcək və digər millətlər də tərəf seçmək məcburiyyətində qalacaq.

Videomüraciətdə deyilib: “Keçmiş müharibələrdən fərqli olaraq bu savaş daha dəhşətli olacaq. Eyni zamanda təkcə hərbi baxımdan deyil, həm də regional və iqtisadi baxımdan məhvedici təsirə malik olacaq”.

Cavad


Müəllif:

Oxşar xəbərlər