13 May 2017 10:01
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-a müharibə elan edəsi deyilik.

Bu sözləri Türkiyə baş naziri Binəli Yıldırım ABŞ-ın Suriyada kürd yaraqlılarına silah yardımı ilə bağlı qərarını BBC-yə şərh edərkən deyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə rəsmisi PKK-nın Siriya qolu olan YPG-yə ABŞ-ın silah verməsini müvəqqəti qərar adlandırıb: "Mənə bildirdilər ki, Rakka İŞİD-dən təmizlənəndən sonra bu prosesə son qoyulacaq. Biz YPG-ni PKK-nın bir hissəsi hesab edirik.

ABŞ-a müharibə elan edəsi deyilik. Adı PKK olsun, YPG olsun, PYD olsun, terrorra qarşı mübarizə aparacağıq".

Mahir


Müəllif:

Oxşar xəbərlər