Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Regevin bəyaz donunun ətəklərində Qüds şəhərinin təsviri verilib.
Sağçı hökumətin üzvü olan Miri Regev bu kompoziyasını "Qüdsün qurtuluşu"nun 50 illiyinə həsr etdiyini deməklə 1967-ci ildə 6 gün çəkən və Şərqi Qüdsün İsrailə birləşdirilməsi ilə başa çatan müharibəyə işarə vurub: "Bu tarixi günü qeyd etməkdən qürur duyuram və bizim sonsuz paytaxtımız olan Qüdsü üzərimdə daşımaqdan məmnunam".
Sosial mediada bəziləri həmin donu fotoşop vasitəsi ilə dəyişərək öz etirazlarını ifadə ediblər.
Qüds ərəb dünyası ilə İsrail arasında mübahisəli şəhər hesab olunur.