22 May 2017 09:29
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ombudsmanı Tatyana Moskalkova ABŞ Prezidenti Donald Trampa müraciət edib.

Teleqraf.com RİA-ya istinadən xəbər verir ki, ombudsmanın xahişi rusiyalı təyyarəçi, ABŞ-da 20 il həbs cəzasına məhkum edilmiş Konstantin Yaroşenkonun əfv edilməsi ilə bağlı olub.

“Bu gün ABŞ Prezidenti Donald Trampın adına onun bağışlanması ilə bağlı müraciəti imzaladım”, - Moskalkova “Rossiya 24” telekanalının efirində deyib. Ombudsmandan bir müddət əvvəl təyyarəçinin anası və həyat yoldaşı da ABŞ-a müraciət edib və heç bir cavab ala bilməyiblər.

Ombudsman Yaroşenkonun Rusiyaya deportasiya edilməsi üçün əlindən gələni edəcəyini bildirib.

Xatırladaq ki, Konstantin Yaroşenko 28 may 2010-cu ildə Liberiyanın paytaxtı Monroviyada həbs edilib, ondan sonra isə gizli şəkildə ABŞ-a aparılıb. Amerika prokurorlarının dediyinə görə, o, özünü narkodilerlər kimi təqdim edən ABŞ xəfiyyələrinin 4 ton kokaini Cənubi Amerikadan Afrikaya, oradan da ABŞ-a gətirməklə bağlı sövdələşməsinə razılıq verib.

Yaroşenko ingilis dilində yaxşı başa düşmədiyini deyərək ittihamları qəbul etməyib. 2011-ci ildə Amerika məhkəməsi onu günahkar sayıb və 20 il azadlıqdan məhrum edib. 2016-cı ildə verdiyi apellyasiya şikayəti təmin edilməyib.


Müəllif: Alpər Cəbrayıl

Oxşar xəbərlər