Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayvanda qərar verilib.
Tayvanın Ali Hakimlər Şurası eyni cinslilərin nikahının qanuniləşdirilməsi lehinə qərar qəbul edib. 14 hakimdən ibarət Şura qərara alıb ki, Mülki Məcəllənin nikahın kişi və qadın arasında ittifaq olduğunu bildirən 972-ci maddəsi Tayvan konstitusiyasına ziddir.