Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə "Qardian" qəzetinin müxbiri Ben Ceykobsun namizəddən müsahibə aldığı zaman baş verib.
Bununla bağlı "Foks Nyus" telekanalının müxbiri Alişa Akuna məlumat verib. Onun sözlərinə görə, müsahibə zamanı Canfort jurnalistin yaxasından tutub və yerə sərib. Bundan sonra namizəd "mən bütün bunlardan bezmişəm" deyərək, jurnalisti döyüb.
Qeyd olunur ki, Canfort Respublikaçılar Partiyasını təmsil edir. Onun rəqibi isə Demokratlardan olan Rob Kvistdir.